Azərbaycanlı yazıçı barəsində 5 il azadlıqdan məhretmə cəzası çıxarıldı
Moldovada azərbaycanlı yazıçı barəsində 5 il azadlıqdan məhrum etmə hökmü çıxarılıb.
Moderator. az xarici mətbuata istinadən xəbər verir ki, Moldova məhkəməsi qiyabi olaraq Rusiya vətəndaşı, milliyyətcə azərbaycanlI olan yazıçı, jurnalist Edurad Bağırov barəsində 5 il Azadliqdan məhtumetmə cəzası barədə hökm verib.
Moldova məhkəməsi Bağırovu ölkədə 2009-cu ildə parlament seçkiləri ərəfəsində ictimai-siyasi sabitlyi pozmaqda ittiham edərək belə qərar çıxarıb.
Moldovanın prokurorluğu hesab edir ki, E.Bağırov 2009-cu ilə parlament seçkiləri ərəfəsində ölkədə ictimai-siyasi sabitliyin pozulmasında yaxından iştirak edib.
Qeyd edək ki, E.Bağırov 2001-ci ildə Kişniyovda hüquq-mühafizə orqanları tərəfindən saxlanılar , istintaq təcridxanasına salınıb. 4 aydan sonra isə barəsindəki qəti tədbir imkanı ev dustaqlığı ilə əvəzlənib. 2011-ci ilin 19 oktyabrında Pridnestrovye ərazisindən rusiaya qaça bilib. Bundna sonra onun barəsində beynəlxalq axtarış elan olunub.
E.Bağırov bir sıra romanların müəllifidir. O “Qasterbayter”x9d, Lübovniki, “İdealist”x9d kimi romanların müəllifidir. Bundan əlavə olaraq E. Bağırov 2012-ci ildə prezident seçkilərində vladimir Putinin etibarlı nümayəndələrindən biri olub.
































































































