Münasibətdə olduğu qadını və ona elçi düşən evli dostunu öldürüb yandırdı

Hazırda oxunan: Münasibətdə olduğu qadını və ona elçi düşən evli dostunu öldürüb yandırdı

76143

5 il əvvəl Qubada yol qəzası kimi qeydə alınan hadisənin əslində, qətl hadisəsi olması barədə Baş Prokurorluğun və DİN-nin birgə rəsmi məlumatını vermişdik. 

Bizim.Media hadisənin bəzi təfərrüatlarını əldə edib.  

İki nəfəri yandıraraq öldürən və qəza təsəvvürü yaradan Xaçmaz sakini, 29 yaşlı Osman Ömərovun hazırda həbsdədir. Onun 1 il 2 ay əvvəl Xaçmazda baş verən diğər bıçaqlanma hadisəsinə görə tutulduğu bildirilir.  

Osmanın 5 il əvvəl  törətdiyi qətl hadisəsi də o həbsxanada olduğu zaman açılıb. Onun 2017-ci il iyul ayının 6-dan 7-ə kecən gecə törətdiyi qətl də qısqanclıq zəminində baş verib. O, tanışı, Xudat sakini Ülviyyə Məmmədovanın işlədiyi "Sonalı göl" kafesində tanıdığı Rəhman İşiqovla xəyanət etdiyini bilib.

Bundan sonra qisas almaq fikrinə düşüb. O vaxt 19 yaşı olan Ülviyyə tanışı R.İşiqovla Osmanın görüşünə gəlib. 

Onlarla Xaçmazın Yergüc kəndində görüşən O.Ömərov aralarında düşən mübahisə nəticəsində Ülviyyə və Rəhmanı bıçaqlayaraq öldürüb. O, sonra izi azdırmaq üçün meyidləri R.İşiqova məxsus Vaz-2106 markalı avtomobilə qoyaraq Qubanın Küpçalqışlaq kəndi ərazisindəki körpüyə gətirib.  

Maşını meyidlərlə birgə aşağı yuvarlayaraq, qəza effekti yaradıb. Meyidləri isə avtomobil qarışıq yandırıb. 

Qeyd edək ki, güc strukturlarının peşəkarlığı nəticəsində qanlı olayın üstü 5 ildən sonra açılıb. Necə deyərlər, nahaq qan yerdə qalmır. Hadisənin qısqanclıq zəminində baş verdiyi açıqlanıb. Evli olsa da, R.İşiqov icarəyə götürdüyü  kafedə işləyən Ülviyyə ilə evlənməkdə israrlı olub. Ağstafa rayonundan olan R.İşiqov Xaçmazın Müşkür kəndindən olan qızla ailə həyatı qurandan sonra elə orada yaşayıb. O, kənddə avtomobil rəngsazı işləyib. 

Ülviyyənin anası  jurnalistlərə Rəhmanın  ailəli olsa da, qızı ilə evlənmək istədiyini təsdiqləyib. Ülviyyənin anası onu da söyləyib ki, qızı ona Rəhmanla Osmanın əhatəsinə düşdüyünü, bu çevrədən çıxa bilmədiyini deyib. 
Hadisəni törədən Osmanın ailəsindən isə atası Şahhüseyn Ömərov bildirib ki, 5 il ərzində oğlunun bu hadisəni törətməsindən xəbərsiz olublar. 

Öldürülən R.İşiqovun ailəsindən isə mətbuata Osmanın bu cinayəti tək törətmədiyi deyilib.  
Digər təfərrüatlara varmaq istəmirik. Baş Prokurorluğun və DİN-nin hadisə ilə birgə istintaq-əməliyyat tədbirləri davam edir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin