9 106 manatlıq HƏCC ZİYARƏTİ üçün hələlik müraciət edən olmayıb – QMİ-dən RƏSMİ  

Hazırda oxunan: 9 106 manatlıq HƏCC ZİYARƏTİ üçün hələlik müraciət edən olmayıb – QMİ-dən RƏSMİ  

76123

Bu gündən Həcc ziyarətinə gedən şəxslər üçün sənəd qəbuluna başlanılıb.  Azərbaycana Həcc ziyarətinin qiyməti bu il 9 106 manat müəyyən olunub və 680 nəfərlik kvota ayrılıb. Ziyarət səfərinin iyunun 24-dən iyulun 20-nə qədər həyata keçirilməsi planlaşdırılır. Sənəd qəbulu iki həftə ərzində yekunlaşacaq. 

Builki qiymət 2020-ci ilki müvafiq rəqəmdən 860 dollar çoxdur. Həmin vaxt Həcc ziyarətinin qiyməti 4 490 dollar müəyyən edilsə də pandemiya səbəbindən ziyarət ləğv edilmişdi.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Həcc ziyarəti şöbəsinin müdiri Hacı Azad Bağırov qiymətlərin baha olması məsələsinə münasibət bildirməsə də, ziyarətlə bağlı səfərin 21 günlük nəzərdə tutduğunu qeyd edib. Hacı Azad hələki Həcc ziyarətinə səfər etmək üçün müraciət edənlərin olmadığını bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Həcc ziyarəti bu il neçəyə başa gələcək?


İlahiyyatçı Elşad Miri isə Həcc ziyarətinin bir nəfər üçün 9100 manat məbləğində müəyyənləşməsindən, təşkilatların indiki vəziyyətdə bundan qazanc fürsətindən istifadə etmələrindən təssüflənib: 

“Təşkilatçılar fikirləşirlər ki, gedənlər imkanlılardır, aralarında təkrar gedənlər də var. Çalışırlar ki, daha çox pul tələb etsinlər. Gələn gəlirləri azalmasın, qiymət qalxsın. Onlardan qiymət artımınının səbəbini soruşsanız, bunu dünyada gedən pandemiya, iqtisadi böhranla əlaqələndirəcəklər. Azərbaycanda Həcc ziyarəti hər zaman baha olub. Təşkilatçıların təklif etdikləri ilə xidmətləri uyğun gəlmir. Əksəriyyəti ibadət məqsədilə gedirlər. Amma onu təşkil edənlər bu məsələdə sadəcə turizm və pul qazanmaq məqsədi güdürlər”.

Elşad Mirinin sözlərinə görə qiymət müəyyənləşdirmək səlahiyyəti təşkilatçıların əlində olduğu üçün ona uyğun addım atırlar:

“Sabah da özlərini haqlı çıxarmaq üçün əsaslandırmalar edəcəklər ki, filan məsələlərə görə qiymət qalxıb. Həccə gedənlərin bəziləri fikirləşir ki, il ərzində bu qədər günah görmüşəm və rüşvət almışam. Heç olmaya 5 və ya 6 min dollara başa gəlsə də gedib günahlarımı yuyum. Bəziləri isə halal pulunu qəpik-qəpik yığır ki, Məkkəyə gedib ibadət etsin. Turist kimi gedib oteldə qalanlar, bütün gününü orada keçirib, ziyarət edənlərin sonra Hacı olduqlarını iddia edir.

Bu İslam deyil. Peyğəmbər ömrü boyu Məkkədə yaşayıb və həyatında bir dəfə oranı ziyarət edib. Ona mane olan nə idi? Bizimkilər isə dəfələrlə özlərini Peyğəmbərdən də üstün tutmağa çalışırlar.


Halbuki ziyarətə sərf olunan pul daha faydalı məqsədlər üçün də xərclənə bilər. Yaxud kimsə kiməsə avtomobil alıb verir və onu işlə bağlı sıxıntıdan qurtarır. Bu məsələni insanların vicdanına buraxmaq lazımdır”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin