İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının onlayn formatda iclası keçirilib.
Bizim.Media xəbər verir ki, İTV-dən verilən məlumata görə, iclasda İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş Direktoru Balakişi Qasımovun təqdimatına əsasən bəzi vəzifələr üzrə kadr təyinatı və struktur dəyişiklikləri müzakirə edilib.
Yayım Şurasının qərarı ilə Dadaşov Əfsər Əziz oğlu İctimai Televiziya və Radio Yayımları Şirkəti Mərkəzi Aparatının rəhbəri, Doluxanov Fikrət Elxan oğlu isə İnformasiya Departamentinin direktoru vəzifələrinə təyin ediliblər.
Qeyd edək ki, iqtisad elmləri namizədi olan Əfsər Dadaşov bundan əvvəl Azərbaycan Texniki Universitetində müxtəlif vəzifələrdə çalışıb. Fikrət Doluxanov isə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Beynəlxalq Əlaqələr departamentinin böyük mütəxəssisi olub.
Baş Direktor Balakişi Qasımovun yeni əmrlərinə əsasən, Vəliyev Əliəsgər Vəli oğlu və Seyidov Mehmandar Ənvər oğlu İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mərkəzi Aparat rəhbərinin müavinləri təyin ediliblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:02 / 06.01.2021
İTV-də yeni kadr təyinatları olub
Hazırda oxunan: İTV-də yeni kadr təyinatları olub
Hazırda oxunan: İTV-də yeni kadr təyinatları olub
7612
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.