Qusarda da müşahidə edilən intensiv yağışlar rayon ərazisindəki çaylarda sululuğu artırıb.
Qusar FHK-nın sədri, icra başçısının 1-ci müavini Şahid Fərəməzov bununla bağlı Bizim.Media-ya açıqlama verib.
“Bir neçə gündür yağan güclü yağışlar nəinki iri çaylarda, hətta quru çay kimi tanınan kiçik çaylarda da suyu artırıb, deyərdik ki, əvvəlki günlərlə müqayisədə 10-15 dəfə suyun həcmi artıb. Amma xoşbəxtlikdən hər hansı fəsad qeydə alınmayıb.
Qusarın dağlıq ərazilərinə isə qar düşüb. Ləzə kəndində qarın hündürlüyü 25 sm-dən çox olub. Şahdağ turizm mərkəzində isə qarın hündürlüyü 33 sm təşkil edib” – deyə Fərəməzov qeyd edib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
13:36 / 25.05.2022
"Şahdağ"a 33 sm qar yağdı
Hazırda oxunan: "Şahdağ"a 33 sm qar yağdı
Hazırda oxunan: "Şahdağ"a 33 sm qar yağdı
76109
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.