Azadlıq Partiyasının sədri Əhməd Orucun Moderator.az-a göndərdiyi müəllif yazısını təqdim edirik:
Küçə boyunca yerləşən binaların bir üzünə penaplast vurmaqla Avropalı olmaq olarmı? Kasıblar yaşayan məhəllələrin görünməməsi üçün kardon divarlar qurmaqla inkişaf etmiş ölkə imici qazanmaq olarmı? Dünyanın hansısa başqa bir ölkəsində belə bir “kreativ”x9d talant olubmu? Biz kimi aldadırıq? Dünyada yerdən, göydən, kosmosdan hər an min fərqli fokusdan şəkiliş aparanlarımı? Dünyadakı bütün telefon danışıqlarını dinləyən, görən, bütün “məxfi”x9d yazışmaların kodlarını sınıdra bilənlərimi, bütün məişətimizə, həyatımıza, evlərimizə funksiyalarının çoxundan xəbərsiz olduğumuz ən son texnologiyaları istehsal edib yerləşdirənlərimi? ... Suallar çox, cavab isə bir, amerikalılar səmimi söhbətlərində Avropanı qoca ... adlandırır...
Məncə bu gün dünyada olduğu kimi görünənlərə hörmət, rəğbət daha böyükdür, nəinki mahiyyətindən fərqli görüntü sərgiləmək istəyənlərə. Bir neçə il öncə binaları qaşıdılar, buna milyardlar xərcləndi, halbuki bu milyardlara 10 minlərlə evsiz ailəyə normal evlər tikmək olardı... Sonra şəhərin mərkəzi küşələri çilçırağa qərq elədilər, bu o vaxt edilir ki, sərhəd kəndlərində nə qədər aztəminatlı ailələr işıq borcuna görə gecələr qaranlıqda qalır, dolanışıq dalınca ölkəni tərk edir. Bu hakimiyyət hələ də anlamır ki, bu parıltılardan əvvəl insanların ən azı gündəlik tələbatlarını ödəmək lazımdır. Qarabağ qazisi, vətən uğrunda canını əsirgəməmiş bir qəhrəman dolanışıq üçün özünü yandırırsa, müəllim, həkim 150-200 manat maaş alırsa, 3-cü qrup əlilə dövlət ayda 50 manat müavinət verirsə, minlərlə insan normal qidalanmaq üçün bu məmləkəti tərk edirsə, minlərlə ailələr bir qarın çörək ehtiyacı altında para-parça olursa, özünü-ailəsini doyurmaq minlərlə, on minlərlə insanın ən böyük probleminə, ən böyük arzusuna çevrilibsə, bu fondakı süni gözqamaşdırma yalnız ikrah doğura bilər.
Bir ovuc oliqarx milyardlarla pullarını harada saxlamaq barədə əndişəlidir, itlərinə - pişiklərinə gündə 10 ailənin ehtiyaclarından artıq pul xərcləyirlər. Oliqarxların qudurğan balaları 100 minlik maşınlarda yetim-yesiri sözün birbaşa mənasında ayaqlamaqla məşğuldur. Ölkə başçısı yüksək çinli məmurları övladları qudurğanlıq edərlərsə cəzalandırmaqla hədələyir. Belə avropalı olmaq olarmı?
Avropa təşkilatlarına heç bir savadı, səviyyəsi, əqidəsi olmayan, atyorkalı dipılomatlarla parlamentə düşmüş saxta deputatları göndərməklə nəyəsə nail olmaq olarmı? İstənilən normal adam bu saxtakarların söylədiyi həqiqət olsa belə ona mütləq şübhə ilə yanaşacaq.
Parlamentə hər şağırışda heç kimin tanımadığı şeyx nəsrullahın menyusuna uyğun xanımlar da düşür və sonradan sivil görünmək üçün Avropaya nümayəndə heyətlərinə bu xanımlardan da salırlar. Guya bu ölkədə gender problemi həll olunub... son ildə isə icra başçılarına bu cür “xanım müavinlər”x9d kampaniyası həyata keçirilir, bələdiyyələrdə də “gənc xanımların”x9d faizi var. Açığı bu cür vulqar, səviyyəsiz gedişlərin kimin “ağlının”x9d məhsulu olduğunu dəqiq bilmək olmur. Bir vaxtlar Vəzirov da bu cür “ o biri rayonlarda da gənc qızlardan....”x9d söyləmişdi. Bu millət bu cür bambılı təfəkkürün əsarətindən nə vaxt qurtulacaq?
Yox, bu təsadüf ola bilməz... Bir məsələ bir neçə dəfə təkrarlanırsa, burda təsadüfdən daha çox qanunauyğunluqdan danışmaq olar...
100 illik erməni diasporunun, arxasına böyük dövlətlərin marağını, müdafiəsini almış məkrli erməni siyasətinin qarşısına bu yanaşımla çıxıldığına görə vəziyyət belədir. Ərazisi işğal olunan biz, insanları Xocalıda, eləcə də digər yerlərdə qətliam olunan biz və günahkar da biz.
Avropanın xristian təəssübkeşliyini, islamın Avropaya yerləşməsindən doğan narahatlığı nəzərə alsaq Avropa parlamentinin bu qərarı başa düşüləndir. Avropanın ümumiyyətlə islama, onun Avropaya ilk cərgələrlə yeriyən türklərə qarşı aqressiyası başa düşüləndir... Türkiyə Avropanın standartlarına uyğun gəlməyən islam ölkəsidir. Avropa standartlarına görə islam ölkəsi ya İran, ya Səudiyyə kimi olmalıdır, ya dost, ya düşmən və mütləq antidemokratik. Milli mənəvi dəyərlərə söykənən, həm də demokratik prinsiplərlə seçkilər keçirən müsəlman ölkəsi Avropaya lazım deyil. Türkiyəyə, türklüyə qarşı bu aqressivliyin arxasında məhz bu faktor dayanır.
Kim bilmirdi ki, 100 il əvvəl Osmanlıda baş verənlər xaçlı yürüşlərin nəticəsi idi, ermənilərin Osmanlıya qarşı arxadan zərbəsini də həmin bu avropalılar, bu papaların papaları təşkil etmişdi. 100 illərdir erməni soyqırımı adı altında türkə qarşı basqını addım-addım yürüdən həmin xristian ölkələri deyilmi ? Hamının gözü qarşısında Liviyanı, Suriyanı, İraqı, Əfqanıstanı viran qoyan bunlar deyilmi? Müsəlman dünyasına “demokratiya “ gətirənlər 1991-dən bu yana milyonlarla müsəlmanı qətlə yetirib. Milyonlarla ailə dağılıb, yüz minlərlə körpə ölüb, yüz milyonlarla insan qorxu və xof içində yaşayır. Ortada böylə bir soyqırım, bir faciə, qıranlar bəlli, qırılanlar bəlli. Əli qanlılar heç əllərinin qanlarını da yumayıb. Heç cinayət yerini də tərk etməyib... Bu soyqırımı gözümüzün qarşısında yapanlar heç nə araşdırmadan, heç nə əsaslandırmadan 100 il öncə soyqırım olub söyləməsi gözlənilən idi. Bu gözlənti Türkiyənin indiki rəhbərliyinin osmanlıçılıq, yalançı müsəlman təəssübkeşliyi, “bir dəqiqə”x9d qalmaqalı, “mavi mərmərə”x9d olayı, “ABŞ-ın Orta doğu proyesinin eş başqanlığı “ kimi cəfəngiyyatlarla yaranırdı. Türkiyənin baş naziri özünə erməni məsləhətçi götürür və o soyqırım olub dediyinə görə onu işdən çıxarır. Bu düşüncə ilə, bu təfəkkürlə, bu intellektlə, bu siyasətlə nəyə nail olmaq olar...?
Vəziyyət nə qədər ağır olsa da, Türkiyəni də, bütün türklüyü də gücləndirəcək, dünyada söz sahibinə çevirəcək bir Yol var. Türk cümhuriyyətlərinin iqtisadi fəaliyyətinin əlaqələndirilməsi, türk birliyini canlandırmaq yolu. Türk arealındakı iqtisadi qüdrətə, dünyanın mərkəzinə, türk coğrafiyasına, dünyanın enerji damarlarına sahib çıxmaq yolu...
Baxın, bir vaxtlar keçirilən Türk Zirvə görüşləri belə keçirilmir. Türk cümhuriyyətlərinin çoxunun başında sanki türk düşmənləri, geri zəkalılar, qızıl, sərvət yığmaqdan ağlını itirmiş debil diktatorlar oturub və ya oturdulublar. Türk öz hakimiyyətinə sahiblik edə bilmirsə, öz milli marağını təpəgöz əydahaya çevrilmiş bu diktatorlara qəbul etdirə bilmirsə Avropanın, xaçlıların qarşısında duruşmu gətirə bilər?
Türkün avropalaşmasına, demokratiklışmısinə avropalılar, “demokratlar”x9d qarşıdır, türkün “müsəlman təəssübkeşliyinə”x9d müsəlmanlar. Bu gün zənnimcə türkün ən böyük problemi öz arealında siyasi hakimiyyətə sahib çıxa bilməməsidir. Bu gün bütün türk cümhuriyyətlərində milli xəttin dirilməsinə, meydana girməsinə bir ehtiyac var. Zənnimcə bu cür bir şəraitin yaranması, Türk birliyi yoluna başqa bir alternativin qalmaması Uca Tanrının təqdiridir.
Tanrı yardımçınız olsun!




































































































