Mayın 25-i gecə saatlarında Şəki rayonun Cəfərabad kənd inzibati ərazisinin yaxınlıqlarına yağan leysan yağışları səbəbindən ərazidən keçən Böyük Dəhnə çayında daşğın baş verib.
Bizim.Media xəbər verir ki, daşqın nəticəsində çayın Cəfərabad kəndi ərazisindən keçən hissəsinin yaxınlığında yerləşən 5 evin həyatyanı sahəsinə və həyətdə olan köməkçi tikililərə sel suları dolub.
Daha iki yaşayış evinin birinci mərtəbəsinə sel suları dolub. Səhər saatlarından müvafiq qurumların nümayəndələri əraziyə cəlb edilib.
Mülki Müdafiə qüvvələrinin əməkdaşları həyətyanı sahələrə dolmuş sel sularını nasoslar vasitəsi ilə ərazidən kənarlaşdırmağa başlayıblar.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:13 / 25.05.2022
Şəkidə daşqın: 5 evin həyətini su basdı
Hazırda oxunan: Şəkidə daşqın: 5 evin həyətini su basdı
Hazırda oxunan: Şəkidə daşqın: 5 evin həyətini su basdı
76054
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.