Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan “TEKNOFEST” İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar və Türkiyәnin sәnaye vә texnologiya nazirinin müavini Mehmet Fatih Kacırla görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə azərbaycanlı nazir özünün Tvitter səhifəsində yazıb.
Onun sözlərinə görə, görüşdə mayın 26-29-da Bakıda keçiriləcək TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına hazırlıq işləri müzakirə edilib.
Bizim.Media
Ölkəmizdə səfərdə olan “TEKNOFEST” İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar və Türkiyәnin sәnaye vә texnologiya nazirinin müavini Mehmet Fatih Kacırla görüşdük. 26-29 mayda Bakıda keçiriləcək “TEKNOFEST Azərbaycan”a hazırlıq işlərini müzakirə etdik. pic.twitter.com/fjhYdqF5dB
— Rashad Nabiyev (@RashadNNabiyev) May 24, 2022