Beyləqanda peyda olan və dörd dəfə ölüb-dirilən peyğəmbər kimdir? - TƏFƏRRÜAT

Hazırda oxunan: Beyləqanda peyda olan və dörd dəfə ölüb-dirilən peyğəmbər kimdir? - TƏFƏRRÜAT

75963

Məğlubedilməz Georgi, katolik Avropanın Müqəddəs Corcius kimi tanıdığı bu şəxsiyyət əslində kim olub? 

Bəri başdan deyək ki, Cərcis Peyğəmbər haqqında bir çox mənbələrdə müxtəlif məlumatlar var. Bizim.Media bu dəfə İslam mənbələrinə istinad edəcək. 

Bu mənbədə adı "Cərcis" kimi qeyd oluna Peyğəmbər Müqəddəs İsadan sonra, təxminən III–IV əsrlərdə yaşayıb. İsanın son həvariləri ilə birbaşa əlaqədə olan bir qrup mömin arasında yaşadığı bildirilir. 

Onun əsl adı Cərcis bin Anaq olub. 315-ci ildə, Mosulda, tacir ailəsində anadan olub və atasının yolunu davam etdirib. Tarixi İpək Yolu ilə qədim Beyləqan torpağından keçərək Dağıstana və başqa vilayətlərə səfərlər edib, ticarətlə məşğul olub. Bütün sərvətini təkallahlığı yaymaq yolunda sərf edib, 77 il ömür sürüb və 392-ci ildə dünyasını dəyişib. 

Peyğəmbərin qəbri Beyləqandadır. Amma onun adına daha üç məbəd var. Bunlardan biri İraqın Mosul vilayətində, ikincisi Yunanıstanın Afina şəhərində və üçüncüsü isə Türkiyənin Urfa vilayətindədir. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda peyda olan “12-ci imam” kimdir? - TÜKÜRPƏDİCİ açıqlamalar – FOTO


Mosulda doğulan Cərcis Beyləqanda haqqın dərgahına qovuşub

Cərcis Peyğəmbərə aid rəvayətlərdən birinə görə, o, Suriyadan təbliğat səfərinə çıxaraq Mil torpağına gəlib. O zaman bu ərazidə yaşayan atəşpərəstlər onun tək olan Allaha itaət etməyə çağırışını rədd edib və Peyğəmbəri təqib etməyə başlayıblar. Qaçıb indiki ziyarətgah yerinə gələn Cərcis Allahın mərhəməti ilə atılan oxlardan qorunsa da, nəhayət, bir quyuya düşür. Fürsəti əldən verməyən atəşpərəstlər onun üstünü torpaqlayırlar. Beləcə, bu ziyarətgah yaranır.

Rəvayətin başqa bir variantına görə, Cərcis Peyğəmbərin Beyləqan torpağına gəldiyi dövrdə bu yerlərdə Dərziyanə adlı zalım bir şah hökmranlıq edirmiş. Cərcis peyğəmbər təkAllahlığı təbliğ etməyə başlayır və az zaman içərisində onun gətirdiyi dini qəbul edən insanların sayı 33 min nəfərə çatır.

Dörd dəfə ölüb-dirilən Peyğəmbər 

Dərziyanə şah Cərcis Peyğəmbərin gəlişindən sonra nüfuzunu itirməyə başlayır. Buna görə də Cərcis Peyğəmbəri əl-ayağını bağlatdırıb zindana saldırır, qarnının üstünə iri bir daş qoyduraraq ac-susuz saxlayır. Bu cəzalardan 3 dəfə ölüb, sonra isə Allahın əmri ilə dirilən Cərcisə bir mələk vasitəsi ilə peyğəmbərlik verilir. Zindandan möcüzəli şəkildə qeyb olan Cərcis bir müddət sonra yenə də həmin padşahın yanına gəlir və peyğəmbərliyini, Allahın vahidliyini təbliğ edir. Bundan qəzəblənən hökümdar bu dəfə onu doğratdırıb cəsədini quyuya tökdürür.

Cərcis Peyğəmbər Allahdan onu bir daha həyata qaytarmamağı xahiş edir. Bundan sonra quyu torpaqla doldurulur və bu ziyarətgah yaranır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin