Ötən gün “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 257 nömrəli Bakı-Naxçıvan reysini həyata keçirən təyyarə tufanla əlaqədar Bakıya, Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmişdi.
Bizim.Media xəbər verir ki, təyyarənin Bakı səmasında olduğu vaxtda əlverişsiz hava şəraitinin təsirinə məruz qaldığı məlum olub.
MÖVZU İLƏ BAĞLI:
Bakı-Naxçıvan təyyarəsi tufanla əlaqədar geri qayıtdı
Belə ki, təyyarədə olan sərnişinlər həmin anları qeyd ediblər. Görüntülərdə göyərtədə olan sərnişinlərin həyəcanlı anlar keçirdikləri müşahidə olunub.
Həmin videogörüntüləri təqdim edirik:
Bizim.Media