Azərbaycanda xüsusi təhlükəli gübrələr aşkarlandı

Hazırda oxunan: Azərbaycanda xüsusi təhlükəli gübrələr aşkarlandı

75936

Azərbaycanda keçən il və bu ilin ötən dövründə bitki sağlamlığının izlənilməsi istiqamətində təsərrüfatlarda aparılan monitorinqlərin sayı açıqlanıb. Qeyd olunan müddətdə ümumilikdə 4 020 monitorinq aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Elxan Mikayılov Bitki Sağlamlığı Forumunda çıxışı zamanı danışıb.

O, qeyd edib ki, həmin monitorinqlərin 2 500-ü pomidor, 326-sı alma, 1 062-si kartof, 64-ü meyvə bağları, 68-i isə soğanla əlaqəli olub.

E.Mikayılov əlavə edib ki, həmin dövrdə bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin saxlanıldığı anbarlarda 209 monitorinq aparılıb:

"Keçən ildən bu yana uyğunsuzluq aşkarlanan müəssisələrin sayı 155, uyğun müəssisələrin sayı 54, xüsusi təhlükəli gübrə aşkarlanan anbarların sayı isə 87 olub".

AQTA rəsmisi onu da vurğulayıb ki, hazırda 13 ölkə ilə bitki mühafizəsi və karantin sahəsi üzrə saziş və anlaşma memorandumu layihələri hazırlanıb və imzalanması üzrə işlər aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin