Yevlaxda arvadını qətlə yetirib, qonşusuna xəsarət yetirməkdə təqsirləndirilən şəxsin ibtidai istintaqı başa çatıb.
Yevlax rayon Prokurorluğundan Bizim.Media-ya verilən xəbərə görə, bu il fevralın 9-da Yevlax rayonu, Hacıselli kənd sakinləri - 1977-ci il təvəllüdlü Elnarə Qarayevanın yaşadığı evdə öldürülməsi, qonşusu 1959-cu il təvəllüdlü İldırım Qarayevin isə öldürülməyə cəhd edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanmışdır.
İstintaqla Elnarə Qarayevanın əri, 1974-cü il təvəllüdlü Mehdi Qarayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odlu silahla atəş açaraq Elnarə Qarayevanı qəsdən öldürməsinə, daha sonra eyni silahdan atəş açaraq qonşusu İldırım Qarayevi öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Mehdi Qarayevə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:26 / 24.05.2022
Yevlaxda arvadını qətlə yetirən şəxs məhkəmə qarşısında
Hazırda oxunan: Yevlaxda arvadını qətlə yetirən şəxs məhkəmə qarşısında
Hazırda oxunan: Yevlaxda arvadını qətlə yetirən şəxs məhkəmə qarşısında
75894
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.