İTV-nin baş direktoru vəzifəsinə seçki keçirilib.
Bizim.Media xəbər verir ki, Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib.
Yayım Şurasının 9 üzvü gizli səsvermədə iştirak edib və onlardan 9 nəfəri də Balakişi Qasımovun lehinə səs verib.
Xatırladaq ki, seçki Audiovizual Şuranın inzibati binasında baş tutub. İTV-nin baş direktoru vəzifəsinə 8 iddiaçı – Nəsirov Rəşad Barat oğlu, Məmmədzadə Tural Sahib oğlu, Həsənov Anar Bəybala oğlu, Abbasova Təranə Süleyman qızı, Qasımov Balakişi Ələkbər oğlu, Əliyev Ədalət İsaxan oğlu, Əlizadə Üzeyir Əli oğlu, Nağıyev Anar Əlişah oğlu sənədlərini təqdim edib.
Bizim.Media