İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının iclası keçirilir.
Bizim.Media xəbər verir ki, iclas Audiovizual Şuranın inzibati binasında baş tutur. İclasda İTV-nin yeni baş direktoru seçiləcək, artıq gizli səsvermə keçirilib və namizədlərin təklifləri dinlənilib.
Qeyd edək ki, İTV-nin baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bir müddət əvvəl bu vəzifəyə seçki elan edilib və 8 nəfər iddiaçı – Nəsirov Rəşad Barat oğlu, Məmmədzadə Tural Sahib oğlu, Həsənov Anar Bəybala oğlu, Abbasova Təranə Süleyman qızı, Qasımov Balakişi Ələkbər oğlu, Əliyev Ədalət İsaxan oğlu, Əlizadə Üzeyir Əli oğlu, Nağıyev Anar Əlişah oğlu sənədlərini təqdim edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:49 / 24.05.2022
İTV-nin baş direktou vəzifəsinə seçkilər keçirilir - FOTO
Hazırda oxunan: İTV-nin baş direktou vəzifəsinə seçkilər keçirilir - FOTO
Hazırda oxunan: İTV-nin baş direktou vəzifəsinə seçkilər keçirilir - FOTO
75882
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.