Qeyri-sabit hava şəraiti daha nə qədər davam edəcək? 

Hazırda oxunan: Qeyri-sabit hava şəraiti daha nə qədər davam edəcək? 

75870

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, mayın 24-ü saat 09:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub, şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib.

Mayın 23-də saat 15:04-15:05 radələrində Daşkəsən rayonuna, 17:35-17:38 radələrində isə Şirvan şəhərinə xırda dənəli dolu düşüb.

Şimal-qərb küləyi bir çox rayonlarda, o cümlədən Bakıda və Abşeron yarımadasında güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.5 metrə çatıb. Ölkə ərazisındə müşahidə olunuan küləkli hava şəraiti mayın 25-dək, yağıntılı hava şəraiti isə mayın 26-sı səhərədək davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin