Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi artıq Facebookda

Hazırda oxunan: Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi artıq Facebookda

75868
Sual, təklif və şikayətlər operativ olaraq cavablandırılır.

2015-ci il aprel ayının 1-dən Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəsmi Facebook səhifəsi fəaliyyətə başlayıb.

DİN-dən Moderator.az -a daxil olan məlumata görə, “Facebook”x9d sosial şəbəkəsində yeni səhifənin yaradılmasında əsas məqsəd BPQMİ- nin həyatında baş verən yeniliklər, baş idarənin və regional şöbələrin fəaliyyəti, iş prinsipləri barədə vətəndaşları ətraflı və dolğun şəkildə məlumatlandırmaq, onların sual, təklif və şikayətlərini operativ olaraq cavablandırılır.

Fəaliyyət göstərdiyi qısa müddətdə, Baş İdarənin Facebook səhifəsi İnternet istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Artıq səhifəyə qoşulanların sayı 3000 nəfəri keçib, vətəndaşlardan 100-ə yaxın sual daxil olub və aidiyyatı əməkdaşlar tərəfindən DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi Azərbaycan Respublikası vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin yaşayış və olduqları yer üzrə qeydiyyatını, onların müvafiq şəxsiyyət və qeydiyyat vəsiqələri, eyni zamanda, vətəndaşların ümumvətəndaş pasportları ilə təmin olunması ilə bağlı işləri həyata keçirir.

Baş İdarənin rəsmi Facebook səhifəsi bütün bu məsələlərlə bağlı sual və müraciətlər üçün açıqdır.  

Səhifəyə bu  keçid vasitəsilə (//www.facebook.com/bpqmi) qoşulmaq olar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin