Kənd sakini yaralı yırtıcı quşu on günə yaxındır həyətində bəsləyir.
Vəhşi quş yaralı halda həyətə düşərək ev sahibini xeyli həyəcanlandırıb.
Moderator.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Ağstafanın Poylu kənd sakini Adil Balayev əvvəlcə bala qartalın ev quşlarına hücum etdiyini düşünsə də, ona yaxınlaşarkən canlının qanadının zədəli olduğunu görüb.
Kənd sakini yaralı yırtıcı quşu tutub və on günə yaxındır həyətində bəsləyir.
A.Balayev əsasən ətlə qidalanan quşu sağaldıqdan sonra təbiətə buraxmaq fikirindədir.

































































































