Mikayıl Cabbarov şagirdlərə medal verdi- Foto

Hazırda oxunan: Mikayıl Cabbarov şagirdlərə medal verdi- Foto

75773
Aprelin 20-də Respublika fənn olimpiadalarının final mərhələsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.xa0


Nazirlikdən Moderator.az -a verilən məlumata görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, ali məktəb rektorları, millət vəkilləri, nazirliyin struktur bölmə rəhbərləri, təhsil ekspertləri, məktəb direktorları, müəllimlər, valideynlər, şagirdlər və media nümayəndələri iştirak ediblər.

Təhsil naziri Mikayıl Cabbarovun sözlərinə görə, ilk dəfə olaraq üç mərhələdə keçirilmiş fənn olimpiadalarının I ”“ rayon (şəhər) mərhələsində 8 fənn üzrə 22000 şagird iştirak edib. 3700 şagirdin iştirakı ilə bu ildən ilk dəfə olaraq, keçirilmiş yarımfinal mərhələsi Bakı, Sumqayıt, Gəncə, Şirvan, Şəki, Mingəçevir, Lənkəran, Şamaxı, Ağdaş, Xaçmaz və Naxçıvanda yerləşən 11 mərkəzdə təşkil olunub.xa0

Təhsil naziri bildirib ki, bu il ölkədə fənn olimpiadalarının keçirilməsi qaydalarına əsaslı dəyişikliklər edilib: “İnanırıq ki, iştirakçılar arasında sabahın dünya və beynəlxalq olimpiadasının qaliblərini görəcəyik”x9d.

Olimpiadaların sonuncu günündə qaliblərə medallar və Təhsil Nazirliyinin qiymətli hədiyyələri təqdim edilib.

Xatırladaq ki, fənn olimpiadalarının keçirildiyi gün nəticələr elan olunub və Təhsil Nazirliyinin rəsmi internet saytında (www.edu.gov.az) və “Facebook”x9d səhifəsində (//www.facebook.com/tehsil.gov.az) yerləşdirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin