"Son beş il ərzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən əvvəlki illərdə doğulmuş və doğumu dövlət qeydiyyatına alınmamış 6852 hal aşkarlanıb".
Bizim.Media xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib.
“Aşkarlandıqdan sonra onların 6458-i qeydə alınıb. 2018-ci ilə doğumu qeydə alınmayan uşaqların sayı 2167 olub, 2019-cu ildə bu rəqəm 1980 və 2020-ci ildə isə 1312 olub” – deyə Sabitova qeyd edib.
Ədliyyə Nazirliyinin rəsmisi vurğulayıb ki, 2021-ci ildən sonra isə bu hallar müəyyən qədər azalıb:
"2021-ci ildə 972 uşağın doğum haqqında qeydiyyatı olmayıb. Bu ilin mayın 1-ə qədər bu rəqəm 421-dir".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:12 / 23.05.2022
Son beş ildə qeydiyyata alınmayan doğum sayı - 6852
Hazırda oxunan: Son beş ildə qeydiyyata alınmayan doğum sayı - 6852
Hazırda oxunan: Son beş ildə qeydiyyata alınmayan doğum sayı - 6852
75737
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.