Vyetnamın “Baotintuc.vn” tanınmış informasiya saytı Azərbaycan haqqında yazı paylaşıb.
Bizim.Media xəbər verir ki, yazıda II Qarabağ müharibəsinə geniş yer verilib. Bildirlib ki, Azərbaycan öz əzəli torpaqlarını Ermənistandan geri alıb.
Müəllif Azərbaycan tərəfinin Qarabağı sülh yolu ilə qaytarmağa dəfələrlə səy göstərdiyini vurğulayıb:
“Azərbaycan münaqişənin sülh yolu ilə nizamlanmasını Ermənistana təklif edib. Lakin Ermənistan məsələnin dinc yolla həllinə şərait yaratmayıb”,- deyə qeyd edilib.
Yazıda atəşkəs bəyanatına da toxunulub. Bildirilib ki, noyabrda Rusiya Prezidenti Vladimir Putin, onun azərbaycanlı həmkarı İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan bir aydan çox davam edən döyüşlərdən sonra Dağlıq Qarabağda atəşkəs razılaşmasını imzalayıb:
“Razılaşmaya əsasən, Rusiya atəşkəsə nəzarət etmək üçün Dağlıq Qarabağla Ermənistan arasındakı dəhlizdə sülhməramlıları yerləşdirilib. İlkin cədvələ əsasən Ermənistan təhvil verilməsi planlaşdırılan Azərbaycan ərazilərini qaytarmağı gecikdirib”,- deyə məqalədə yazılıb.
Müəllif Ermənistanın məğlubiyyət, Qarabağda Azərbaycan qoşunlarının yerləşdirilməsi reallığı ilə üz-üzə qaldığını xüsusi vurğulayıb.
Yazıda işğal edilən Azərbaycan ərazilərinin Ermənistan tərəfindən dağılmasına da diqqət çəkilib:
“Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağı həqiqi cənnətə çevirəcəyik”,-deyib. O, Şuşanın tarxi görnüşünün bərpa ediləcəyini söyləyib”,- deyə yazıda qeyd edilib.
Müəllif Şuşanı tarixi ərazi adlandıraraq əlavə edib ki, İlham Əliyev 5 yanvarda bu qədim şəhəri mədəniyyət paytaxtı elan edib.
Qeyd edək ki, “Baotintuc.vn” saytı Veytnamın tanınmış media portallarındandır. O, Vyetnam saytlarının reytinq göstəricisində 11-ci yerdə qərarlaşıb.
Vüqar Ağamalıoğlu, Bizim.Media