Dövlət İmtahan Mərkəzi (DİM) mayın 22-də II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir. Bu gün III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə də imtahan təşkil edilir.
DİM-dən Bizim.Media-ya bildirilib ki, Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunan imtahanlar saat 11:00-da başlanacaq. Saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Kütləviliyin qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.
Ona görə də imtahan binasına buraxılış vərəqəsində göstərilən vaxtda gəlmək lazımdır.
Mayın 22-də II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya imtahanı) üzrə keçiriləcək imtahanda 22 min 878 abituriyentin iştirakı nəzərdə tutulur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:25 / 22.05.2022
Bu gün II ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək
Hazırda oxunan: Bu gün II ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək
Hazırda oxunan: Bu gün II ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək
75565
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.