Sabirabadlıların şok yaşadığı 46 kilometrlik yol - FOTOLAR

Hazırda oxunan: Sabirabadlıların şok yaşadığı 46 kilometrlik yol - FOTOLAR

75515

Sabirabad rayonunun Nizami-Əliləmbəyli və Moranlı-Səxanbəyli avtomobil yolu bərbad vəziyyətə düşüb.

Kənd sakinlərinin Bizim.Media-ya verdiyi məlumata görə, yol 8 il bundan əvvəl təmir edilmişdi. Amma keyfiyyətsizlik ucbatından heç bir il keçməmiş asfalt örtük dağılaraq tamamilə sıradan çıxıb.

Rayon mərkəzi ilə 12 kəndi birləşdirən sözügedən yol 22 min nəfərlik əhaliyə xidmət edir. Hər gün uzunluğu 46 km olan bu yolu min cür məşəqqətlə gedib-gəlmək insanları əldən-dildən salıb.
Həm vaxt itkisi yaranır, həm də bu yolu qət edən avtomobillər xarab olur, qəza törədirlər. Bundan başqa yolhaqqı da bahalaşmış olur.

Sakinlər deyir ki, yolun belə tez dağılmasına səbəblərdən biri də ağır tonajlı avtomobillərin bu yolla hərəkət etməsidir. Çünki bu yolun dərəcəsi həddindən artıq yüklənən maşınlar üçün nəzərdə tutulmayıb.

Kənd sakinləri bu problemlə bağlı son bir neçə ildə üz tutmadıqları ünvan qalmayıb. Lakin hələ də bir əncam çəkilməyib.

Həmin yoldan çəkdiyimiz fotoları diqqətinizə təqdim edirik:



Elşən Feyzullayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin