Nazirlər Kabineti kommersiya hüquqi şəxslərin təsisçiləri, nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların monitorinq iştirakçılarına verilməsi qaydasında dəyişiklik edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Nazirlər Kabinetinin 201 №-li Qərarı “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin fərmanında edilən dəyişiklik əsasında qəbul edilib.
“Lotereya və idman mərc oyunları təşkilatçıları” sözləri “lotereya təşkilatçıları və idman mərc oyunlarının operatorları” sözləri ilə əvəz edilib.
Eyni zamanda, həmin Qanuna əsasən kredit təşkilatlarına, lizinq xidmətləri göstərən hüquqi şəxslərə, investisiya şirkətlərinə, investisiya fondları və bu fondların idarəçilərinə, sığortaçı, təkrarsığortaçı və sığorta vasitəçilərinə, pul vəsaitlərinin köçürülməsi ilə məşğul olan poçt xidməti göstərən müəssisələrə, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərə münasibətdə Mərkəzi Bank, lotereya təşkilatçıları və idman mərc oyunlarının operatorlarına münasibətdə isə İqtisadiyyat Nazirliyi nəzarət orqanı qismində müəyyən olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:31 / 21.05.2022
Lotereya təşkilatçılarına bu nazirlik nəzarət edəcək
Hazırda oxunan: Lotereya təşkilatçılarına bu nazirlik nəzarət edəcək
Hazırda oxunan: Lotereya təşkilatçılarına bu nazirlik nəzarət edəcək
75500
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.