Milli Məclisin Gənclər və idman və Ailə, qadın və uşaq məsələləri komitələrinin Şuşada keçirilən birgə iclası başa çatıb.
Bizim.Media xəbər verir ki, toplantıda əvvəlcə Şuşanın, bütövlükdə Qarabağın və digər ərazilərimizin azad edilməsi uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra komitələrin birgə iclasının gündəliyindəki məsələlər müzakirəyə təqdim olunub.
Bildirilib ki, bugünkü iclasın gündəliyinə iki məsələ daxil edilib.
Deputatlar gündəlikdəki məsələlər ətrafında öz çıxışlarını ediblər.
Bununla da komitələrin Şuşada keçirilən iclası başa çatıb.
13.55 ***
Milli Məclisin Gənclər və idman və Ailə, qadın və uşaq məsələləri komitələrinin Şuşada birgə iclası keçirilir.
Bizim.Media xəbər verir ki, Milli Məclisin deputatlarının iştirakı ilə keçirilən toplantının gündəliyinə iki məsələ daxil edilib.
Bunlar aşağıdakılardır:
1. Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli Sərəncamına uyğun olaraq, gənclərin və ölkəmizi yarışlarda təmsil edən idmançıların maarifləndirilməsi.
2. Qarabağ tarixində ailə dəyərləri və qadın hüquqları.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:47 / 21.05.2022
Şuşada Milli Məclisin komitələrinin birgə iclası keçirildi - YENİLƏNİB
Hazırda oxunan: Şuşada Milli Məclisin komitələrinin birgə iclası keçirildi - YENİLƏNİB
Hazırda oxunan: Şuşada Milli Məclisin komitələrinin birgə iclası keçirildi - YENİLƏNİB
75495
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.