Ölkəmizdə fəaliyyət göstərən kafe və restoranlarda “ofisant payı” adı altında alınan xidməti haqqı son zamanlar geniş yayılıb. Belə ki, restoranın lüksündən asılı olaraq xidmət haqqı 10-20% arasında dəyişir. Müştəri ilə restoran müdriyyəti arasında yaranan anlaşılmazlıqlar çox vaxt yekun məbləğin gözləniləndən artıq olması ilə bağlı olur.
Qeyd edək ki, belə bir xidmət haqqı ilə bağlı qanunvericlik aktlarında heç bir tənzimləmə yoxdur.
Elədirsə, müştəridən əlavə “xidmət haqqı”-nın tələb edilməsi nə qədər doğrudur?
Bizim.Media-a məlumatında iqtisadçı-ekspert Akif Nəsirli xidmət haqqının məşhur restoranlar arasında yeni bir oyuna çevrilməsindən danışıb.
MÖVZU İLƏ BAĞLI:
Kafe-restoranların yeni FIRILDAĞI – “Xidmət haqqı” kimin cibinə gedir?
“Bu məsələ hər restoranda deyil. Müəyyən qədər özünə müştəri yığmış restoranlar ki var, onlar daha çox pul qazanmaq, daha çox vəsait əldə etmək üçün belə bir məsələ ortaya atıblar və bu ənənəyə çevrilib.
Qanunvericilikdə bu məsələni tənzimləyən hər hansı tələb yoxdur, ona görə də məsələyə münasibət bildirmək də ikibaşlıdır. Bu elə bir şeydir ki, bunu qanunla tənzimləmək də bir qədər çətindir. Bunu yalnız və yalnız rəqabət tənzimləyə bilər”.
Hüquqşünas Əsabəli Mustafayev qeyd edir ki, “xidmət haqqı” məsələsi Azərbaycan praktikasında yenidir:
“Sadəcə bu iş praktikasıdır. Bir çox ölkələrdə restoranların hamısı olmasa da, bir hissəsi xidmət haqqı barəsində seçim edir, ofisiantın xidmət haqqını qəbzə salırlar, o da ümumi məbləğə daxil olur. Ofisiantlar maaş almırlar ya da onlara minimum əməkhaqqı təyin olunur, onların gəlirləri xidmət haqqından qaynaqlanır. Bu da ona görədir ki, xidmət göstərənlərin marağını artırsınlar ki, daha çox müştəriyə keyfiyyətli xidmət göstərilsin”.
Ekpsert bildirir ki, əslində buna etiraz etməyin də bir mənası yoxdur. Çünki “xidmət haqqı” problem yaradacaqsa, bunu restorator menyü qiymətinə salacaq və əlavəsini belə qazanacaq:
“Burada isə incə siyasət var. “Xidmət haqqı” göstəriləndə menyüdəki yeməklərin qiyməti gözə ucuz dəyir. Yəni, bu bir ticarət tryüküdür. Müştəriləri çox narahat etməməlidir. İstənilən halda ümum məbləğ eyni olacaq, xidmət haqqı göstərilsə və ya göstərilməsə də”.
Mia Quliyeava, Bizim.Media