Ötən gün saat 10 radələrində Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində 53 yaşlı kişi ölüb.
Şamaxı rayon prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, ölən şəxs 1969-cu il təvəllüdlü Cahangir Tanrıverdiyevdir.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, "Aztelekom" MMC-nin Dağlıq Şirvan Regional Telekommunikasiya Qovşağının Şamaxı şöbəsinin Çuxuryurd məntəqəsində elektrik təmirçisi vəzifəsində işləyən C.Tanrıverdiyev ötən gün telefon xəttinin çəkilişini həyata keçirən zaman telefon naqilinin yüksək gərginlikli elektrik naqilinə toxunaraq, elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı Şamaxı rayon prokurorluğunda araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:24 / 20.05.2022
"Aztelekom"un işçisi qəzada ölüb, cərəyan vurmasından
Hazırda oxunan: "Aztelekom"un işçisi qəzada ölüb, cərəyan vurmasından
Hazırda oxunan: "Aztelekom"un işçisi qəzada ölüb, cərəyan vurmasından
75330
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.