Mayın 19-da Xızıda baş verən qəzada həyatını itirən Dendrologiya İnstitutunun direktoru Tofiq Məmmədov bu gün Nardaran qəbristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində Akademiya rəhbərliyi, ayrı-ayrı institutların rəhbərləri və əməkdaşları, ailə üzvləri və yaxınları iştirak edib.
Bizim.Media T.Məmmədovun həyatını itirdiyi qəza yerinin və avtomobillərin fotolarını əldə edib.
*** 11:45
Ötən gün Xızıda yol qəzasında faciəli surətdə həlak olan Milli Elmlər Akademiyasının müxbir üzvü, Dendrologiya İnstitutunun direktoru, professor Tofiq Məmmədov Xızıya növbəti ekspedisiyaya gedirmiş.
Bizim.Media mərhum direktorun ağır qəzadan 15 saniyə əvvəlki fotosunu əldə edib.
MÖVZU İLƏ BAĞLI:
İnstitut direktoru Xızıda FACİƏLİ şəkildə öldü
T. Məmmədov yol kənarında Qırmızı Kitaba düşən ağaclara baxmaq üçün dayanıbmış.
Qeyd edək ki, T.Məmmədov Xızıda ekspedisiyada olan zaman yaxınlıqda iki avtomobil toqquşub. Nəticədə, toqquşan avtomobillərdən biri ona dəyib və T.Məmmədov dünyasını dəyişib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu