Daxili İşlər Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədov faciəli ölümü ilə bağlı məlumat yayıb.
DİN-dən Bizim.Media-ya verilən məlumata görə, mayın 19-da saat 9 radələrində Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində qəsəbə sakinləri S.Eyvazovun idarə etdiyi “VAZ-2121” və R.Hüseynovun idarə etdiyi “Daewoo” markalı avtomobillər toqquşub, nəticədə S.Eyvazov idarəetməni itirdiyindən yolun kənarında dayanmış Bakı şəhər sakini Tofiq Məmmədovu vurub.
T.Məmmədov hadisə yerində ölüb, hər iki sürücü xəstəxanaya yerləşdirilib. Faktla bağlı Xızı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:40 / 20.05.2022
DİN-dən institut direktorunun ölümü ilə bağlı MƏLUMAT
Hazırda oxunan: DİN-dən institut direktorunun ölümü ilə bağlı MƏLUMAT
Hazırda oxunan: DİN-dən institut direktorunun ölümü ilə bağlı MƏLUMAT
75307
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.