Quru sərhədləri bu tarixdən açılmalıdır – Deputatlardan XƏBƏR VAR 

Hazırda oxunan: Quru sərhədləri bu tarixdən açılmalıdır – Deputatlardan XƏBƏR VAR 

75214

“Bu addım çoxdan atılmalıdır, gecikdirmək olmaz. Rusiya Gürcüstan kimi özünə dost saymadığı bir ölkə ilə sərhədlərini açdı. Biz nəyi gözləyirik?”

Milli Məclisin üzvü Aqil Abbas Bizim.Media-ya pandemiya səbəbi ilə qonşu ölkələrin bağlanmış quru sərhədlərini açmasına münasibət bildirərkən belə deyib:  

“Tezliklə turizm fəsli başlayır. İnsanlarımız da bu vəziyyətdən psixoloji gərginlik keçirir. Bu mənada açılması vacibdir. Digər tərəfdən də quru sərhədlərin açılması hava nəqliyyatı qiymətlərinin aşağı düşməsinə gətirib çıxara bilər. Deyirlər iyunda açılacaq. Gözləyirik. Açmasalar, bu insanlara çox pis təsir edəcək”.
 

MÖVZU İLƏ BAĞLI:

Azəbraycanın quru sərhədlərinin açılması ilə bağlı hökumətə təklif verildi - VİDEO


​​​​​​​Digər millət vəkili Azər Badamov isə tələsməyə ehtiyac görmür: 

“Mətbuatın məlumatına görə, Azərbaycanın quru sərhədlərinin açılması gələn ayın sonuna qədər baş verməlidir. Amma bu barədə dəqiq və konkret məlumat Operativ Qərargah tərəfindən elan olunacaq. Bu barədə tələsməməliyik. Sərhədləri açılan ölkələrin virusa yoluxma göstəricilərinə nəzər yetirəndə görürük ki, həmin ölkələrdə COVİD-19 yoluxması yenidən artmağa başlayır. Bu vəziyyət özünü həmçinin Azərbaycana qonşu ölkələrdə də göstərir. Ona görə də sağlamlığın qorunması, koronavirusun kəskin yayılmasına imkan verməmək üçün Operativ Qərargah uyğun gələn anda sərhədlərin açılması barədə də qərar verəcək”. 

Deputat düşünür ki, müəyyən müddət ərzində bu məsələyə ehtiyatla yanaşmalıyıq:

“Tələsməyə dəyməz. Ən əsası odur ki, ölkə daxilində məhdudiyyətlər aradan qaldırılıb, insanlar sərbəst hərəkət edir. Bu mənada quru sərhədlərin indilikdə açılması virusun yenidən ölkəmizdə ayaq açması və ümumi vəziyyətin kəskinləşməsinə rəvac verə bilər. Ona görə də müəyyən müddət ərzində bu məsələyə ehtiyatla yanaşmalıyıq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin