Tanınmış blogerin 130 min manatını mənimsəyən vəkil HƏBS EDİLDİ

Hazırda oxunan: Tanınmış blogerin 130 min manatını mənimsəyən vəkil HƏBS EDİLDİ

75183

Azərbaycanda tanınmış vəkil həbs edilib.

Bizim.Media xəbər verir ki, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzluqda ittiham olunur.

O, bir neçə vətəndaşın etimadından istifadə edərək, onlara qarşı külli miqdarda dələduzluq edib. Zərərçəkənlərə dəymiş ziyanın məbləği 200 min manatdan artıqdır.

Vüqar Səfərlinin əməlindən ən çox zərər çəkən isə tanınmış bloger Sabina Katanovadır. Ona 130 min manatdan çox zərər vurulduğu bildirilir.

V.Səfərli barəsində məhkəmənin qərarı ilə üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib ki, V.Səfərli əvvəllər kollegiyanın üzvü olub.

Onun sözlərinə görə, V.Səfərli bir müddət əvvəl kollegiyadan uzaqlaşdırılıb (lent.az).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin