Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə daha 546 işsiz şəxsə iş yerlərinə göndərişlər verilib.
Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, proqram üzrə ötən dövrdə 270-dək işəgötürənlə əməkdaşlığa başlanıb və onlarla müqavilələr imzalanıb. Həmin müqavilələr üzrə əsasən şəhid ailəsi üzvləri və qazilərdən ibarət 750 şəxs işlə təmin edilib.
İşlə təmin edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanıb ki, bununla da onlar gələcək sosial təminat hüquqlarına əsas yaradan sosial sığorta sistemində iştiraka cəlb olunublar.
“Məşğulluq” altsisteminə vakansiyalar yerləşdirən, müəyyən edilmiş prioritet iqtisadi sahələr üzrə vakansiyası olan işəgötürənlər proqrama linkə daxil olaraq müraciət edə bilərlər.
Proqram əsasında işlə təmin edilən şəxslərin 1 il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:10 / 19.05.2022
750 nəfər proqram üzrə işlə təmin edildi
Hazırda oxunan: 750 nəfər proqram üzrə işlə təmin edildi
Hazırda oxunan: 750 nəfər proqram üzrə işlə təmin edildi
75157
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.