"Komitəmiz tərəfindən bələdiyyələrdə gender komissiyaları yaradılıb. Komissiyalar monitorinqlər apararaq xüsusi risk qrupunda olan şəxsləri müəyyən edir".
Bizim.Media xəbər verir ki, bu fikirləri "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizədə milli parlamentlərin rolu" mövzusunda keçirilən tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Davosda növbəti Dünya İqtisadi Forumu bu tarixdə işə başlayacaq
B.Muradova parlamentin bu istiqamətdə hansı işləri görməsinin vacib olduğunu da diqqətə çatdırıb:
"Qeyd etməliyəm ki, ayrıseçkiliyin aradan qaldırılması üçün daha çox işlər görə bilərik. Xüsusilə də parlamentin bu istiqamətdə fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Çətin və şərəfli yol keçərək parlamentə daxil olmuş şəxslər yaxşı bilirlər ki, onlar ilk növbədə öz seçiciləri qarşısında hesabatlıdırlar. Seçiciləri arasında kimlər ki zorakılığa məruz qalır, parlamentarilər bu məsələ ilə bağlı mövqelərini ortaya qoymalıdır. Onların gələcək siyasi perspektivi də məhz bundan asılıdır".
Murad Əhmədov, Bizim.Media