Səfər Əbiyev 19 il Azərbaycanın keşiyini çəkib...

Hazırda oxunan: Səfər Əbiyev 19 il Azərbaycanın keşiyini çəkib...

75120
Keçmiş müdafiə naziri Səfər Əbiyevə yaxın mənbələrdən Moderator.az-a aşağıdakı məzmunda etiraz məktubu daxil olub. Məktub müəllifi son vaxtlar eks nazirin mütəmadi olaraq ictimai qınaq hədəfinə gətirilərək gözdən salınması cəhdlərini qınayıb və ortada aşkar qərəz olduğunu bildirib:

"İndi Səfər Əbiyev haqqında danışmaq və sabiq müdafiə nazirini ayrı-ayrı hadisələrlə bağlı günahlandırmaq ən asan bir peşəyə çevrilib. Hətta o qədər asan bir peşəyə ki, bəzi cəsur zabitlərimizin düz 21 il bundan qabaq döyüş şəraitində, xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmasına görə də onun adı hallandırılır. Səfər Əbiyev cəmiyyətə tabeçiliyində olan hərbçilərin, məsələn, polkovnik Cahangir Rüstəmovun və digərlərinin ya qatili, ya da düşməni kimi təqdim edilir. Və bu zaman əsl günakarlar, əsl düşmən unudulur. Bu da bir erməni təxribatından, erməni hiyləsindən heç nə ilə fərqlənmir. Vaxtilə reallaşdırılan və bügünümüzədək davam edən erməni təxribatı kimi!..

Təəssüf ki, bəzi maraqlı KİV-lər və onların himayədarları bu vacib məqamı qəsdən unudur və ictimai rəydə nə dövlətimizə, nə xalqımıza, nə də ordumuza yaraşmayan yarlıqlar formalaşdırırlar. Kimisə hansısa cinayətdə ittiham etmək, qanunda nəzərdə tutulduğu kimi, yalnız hüquq mühahizə orqanlarına verilmiş səlahiyyətdir. Bu səlahiyyətin miqyasını "genişləndirənlər" əslində vətəndaş mövqeyindən deyil, kimlərinsə şəxsi-qərəzçilik, qisasçılıq kimi fərdi ambisiyalarından çıxış edirlər.

Bir müddət öncə Tovuzdakı seolit yataqları ilə bağlı tirajlanan yanılış informasiyanı xatırlayaq. Bu məlumatda guya sabiq müdafiə nazirinin o yataqlardan çıxarılan və satılan seolitə görə hər il 130 milyon dollar gəlir əldə etdiyi vurğulanırdı. Bu absurd informasiya o qədər gülünc, o qədər eybəcər, o qədər ikrahdoğuracaq təsir bağışlayırdı ki, sonradan Elçin Xəlilovun münasibəti bu qərəzin, bu haqsızlığın heç bir hədd-hüdud tanımadığını ortaya qoydu.

Sitat: "Rahat hesablaya bilərik ki, dünya bazarında seolitin 1 tonunun qiyməti 120 dollardır və məqalədə göstərilən 130 milyon dollar gəlir əldə etmək üçün 1 milyon 33 min ton seolit satmaq lazımdır və bu miqdar seoliti xarici ölkələrə ixrac etmək üçün 23-25 min ədəd dəmir yolu vaqonu lazımdır. Çox maraqlıdır ki, məqalənin müəllifi Vergilər Nazirliyinin, Gömrük Komitəsinin və ya Tovuz rayonunun rəhbərliyi tərəfindən təsdiq edilmiş sənəd təqdim edə bilərmi?"

Əlbəttə, yox. Çünki bu "iddiaların" arxasında konkret faktlar deyil, sadəcə qərəzçilik, qisasçılıq hisləri dayanır.

Son vaxtlar mərhum polkovnik Cahangir Rüstəmovun həlak olması ilə bağlı ortaya atılan "versiyalar", "ilğinc təfərrüatlar" da eyni qəbildəndir. Maraqlıdır, hüquq mühafizə orqanlarının sonadək araşdırdığı və aydınlıq gətirdiyi bir faktı yenidən müzakirə mövzusuna çevirmək və "dahiyanə kəşflər"ə imza atmaq, görəsən, kim(lər)ə lazımdır! Ən maraqlısı isə bu versiyaları irəli sürənlərin hüquqi cəhətdən qeyri peşəkar olmasıdır. "Əsaslar"a fikir verək:

"Səfər Əbiyevin Cahangir Rüstəmovla arası yox idi".

Tutaq ki, doğrudan da Səfər Əbiyevin Cahangir Rüstəmovla arası yox idi. Bu kimisə, özü də polkovnik rütbəli bir zabiti öldürtdürməyə əsas ola bilərdimi? Əgər sizin məntiqinizcə belədisə, deməli, qatilin, killerin böyüyü siz özünüzsünüz!

"Cahangir Rüstəmova sui-qəsddən sonra hamı bu işin arxasında Səfər Əbiyevin olduğunu deyirdi" - bu da tez-tez təkrarlanan və qabardılan "kəşf"lərdəndir. Məgər hər deyilən faktdırmı! Yaxud hər deyilənin arxasında konkret fakt dayanırmı! Əgər istintaq işini yenidən başlamağa əsas verə biləcək tutarlı bir faktınız yoxdursa, barı susun, özünüzü gülünc vəziyyətə qoymayın!

"Bizi kənara çəkib dedilər ki, Cahangir Rüstəmovun həyətinə məktub atıblar ki, əgər bu işin açılmasını tələb etsəniz, oğlunu da aradan götürəcəyik". 
Bu da növbəti "versiya", növbəti uydurma. Əgər doğrudan da C.Rüstəmovun həyətinə məktub atıblarsa, onda deyin görək hanı o məktub? Niyə vaxtında hüquq mühafizə orqanlarına təqdim edilməyib! Niyə vacib istintaq elementi kimi qeydə alınmayıb! Yenə şayiə, yenə böhtan...

"Səfər Əbiyev bir gün batalyona gəldi, “NZ”x9dni (ehtiyat ərzaq anbarını nəzərdə tutur - E.M) açdırdı. Oradakı kisələrə bir təpik vurub dedi ki, bunu niyə saxlamısız, paylayın əsgərlərə". Bu cümləni oxuyanda, doğrusu, lap təəccübləndik! Nə əcəb yazılmayıb ki, Səfər Əbiyev “NZ”x9d-dəki ehtiyat ərzaq kisələrinə bir təpik vurub dedi ki, bunu niyə saxlamısız, aparın bazarda satın, pulunu da mənə gətirin!..

Ümimiyyətlə, bu cür göydəndüşmə "versiyalar" nəinki həqiqəti ifadə etmir, eyni zamanda açkar qərəzdən qaynaqlandığı appaçıq görsənir. C.Rüstəmovun komandanı olduğu alayın bölüklərindən birinin komandiri olmuş Faiq Mahmudov, Tovuz özünümüdafiə batalyonunun sabiq komandiri Etibar Əmiraslanov bu cür məntiqsiz məlumatları yaymaqla gündəmə gəlmək istəyirlərsə, bunun üçün daha faydalı yollar, daha münasib şəxslər aramalıydılar. Heç olmasa səviyyə fərqini gözləməyə borclu idilər. Daha boşuna danışmaq, bir budaqda oturub min budağı silkələmək, kimlərinsə əlində vasitəyə çevrilmək, ona-buna şər atmaq nəyə lazım idi? Hər halda, ölkənin 19 il müdafiə naziri olmuş bir şəxs haqqında danışanda məsuliyyəti göz altına almaq vacibdir. Axı Səfər Əbiyev məhz 19 il Azərbaycan dövlətinin keşiyini çəkib. 19 il Azərbaycan dövlətini təmsil edib. Daha sizin dediyiniz kimi, dövlətə asi çıxmış qaçaq-quldur dəstəsini təmsil etməyib!"
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin