Müzəffər Ordumuz 2020-ci ili Zəfər ili kimi Azərbaycan tarixinə həkk etdi. Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsində igidlərimiz xüsusi qəhrəmanlıq dastanı yazdı.
Belə cəsur oğullardan biri də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Payız kəndinin şəhidi İmaməddin Hümbətovdur.
Bizim.Media xəbər verir ki, Vətən Müharibəsində qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksələn Hümbətov Ali ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Bizim.Media