Səhiyyə naziri Türkiyədə müalicə alan qazilərimizi ziyarət etdi - FOTO

Hazırda oxunan: Səhiyyə naziri Türkiyədə müalicə alan qazilərimizi ziyarət etdi - FOTO

75039

Səhiyyə Nazirliyinin nümayəndə heyətinin 17 maydan başlayan iki günlük Türkiyə səfəri davam edir.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, bu gün səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti Vətən müharibəsi zamanı yaralanan və hazırda qardaş ölkədə müalicəsi davam edən qazilərimizi ziyarət ediblər.

Teymur Musayev Prezident İlham Əliyevin vətəndaşların sağlamlığının qorunmasına hər zaman xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb:

“Şəhid ailələri və qazilərə diqqət və qayğı dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir”.

44 gün ərzində tariximizin ən şərəfli səhifələrindən birinin yazıldığını qeyd edən nazir böyük Qələbənin şəhidlərimizin qanı bahasına, əsgər və qazilərimizin döyüşlərdə böyük fədakarlığı hesabına qazanıldığını deyib:

“Vətən müharibəsində siz əsl qəhrəmanlıq göstərərək, düşmənə layiqli və unudulmaz dərs verdiniz. Müharibə başlayandan bu günə qədər qardaş Türkiyə Azərbaycanın yanındadır. Qazilərimizin yenidən sağlamlıqlarına qovuşmaları üçün türkiyəli mütəxəssislərin dəstəyi bizim üçün çox önəmlidir. İnanıram ki, tezliklə sağalıb Vətənə qayıdacaqsınız”.

Görüş zamanı səhiyyə naziri qazilərə Vətənə qayıtdıqdan sonra müalicələrini Sanator-Kurort Reabilitasiya Mərkəzində davam etdirə biləcəklərini qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin