“Azərbaycanda sığınacaqların sayı kifayət qədər deyil. Lakin bu o demək deyil ki, bölgənin hər yerində sığınacaq olmalıdır. Biz elə etməliyik ki, məsələlər sığınacağa düşənə qədər həll edilsin".
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
MÖVZU İLƏ BAĞLI:
"Azərbaycanda çətinliyi olan ailələrin sayını azaltmaq istəyirik" - Bahar Muradova
O bildirib ki, sığınacaqlardakı xidmətin səviyyəsi qaldırılmalıdır:
"Bu əsas məsələdir. Eyni zamanda müəyyən sayda sığınacaqların yaradılmasına ehtiyac var".
Alçina Amilqızı, Bizim.Media