"Dövlətin ailə strategiyasının yenidən qəbuluna ehtiyac var. Bu məsələyə fundamental baxılmalıdır".
Bizim.Media xəbər verir ki, bunu Sosial Araşdırmalar Mərkəzinin rəhbəri, millət vəkili Zahid Oruc Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi "Azərbaycan ailə modelinin inkişaf strategiyası" konfransında çıxışı zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
"Azərbaycanda çətinliyi olan ailələrin sayını azaltmaq istəyirik" - Bahar Muradova
Onun sözlərinə görə, kənar mədəniyyətlərin Azərbaycana təşviq edilməsi dövlətə qarşı aparılan hücumların tərkib hissəsidir:
"Bu gün onlar silahla deyil, başqa vasitələrlə həyata keçirilir. Prezident tədbirlərin birində xarici təzyiqlərin təsir və təhdidlərinin, xüsusilə Qərbin fərqli ailə dəyərlərinin bizə təşviq edildiyini bildirmişdi. Natamam ailə modelini bu cür təşviq edirlər".
Z.Oruc əlavə edib ki, ailədə baş verən şiddət, hansısa zorakılıq halları və boşanmalarla bağlı məsələlərin mediada gündəmə çevrilməsi konkret olaraq dövlətin üzərində vəzifələr yaradır:
“Çox çərçivəli yanaşma və düzgün olmayan bir baxışdır. Burada bütün institutların, təşkilatlatın və dövlətin rolu var".
Alçina Amilqızı, Bizim.Media