Mayın 1-dən balıq ovuna qadağa qoyulsa da, hələ də satışı həyata keçirilir. Bəs bu balıqlar hardan gətirilir və satışına icazə verilirmi?
Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, bazarda çalışan satıcıların sözlərinə görə, piştaxtalardakı balıqların əksəriyyəti xüsusi yetişdirilən və xaricdən gətirilən məhsullardır. Mövsümə məhəl qoymayıb, balıq alanlar da kifayət qədərdir.
Satıcılar həmçinin deyirlər ki, balıq ovuna qoyulan qadağa qiymətlərin enməsinə şərait yaradıb.
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, balıq və balıqçılıq məhsulları qida zəncirində xüsusi risk qrupuna aiddir və onların qanunsuz satışına ciddi nəzarət var.
Agentlikdən həmçinin vurğulanıb ki, ansisanitar şəraitdə və məişət sənədi olmadan satılan balıq məhsulları ilə bağlı da müvafiq tədbirlər görülür.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:26 / 17.05.2022
Qadağandır, amma Bakıda almaq olur - VİDEO
Hazırda oxunan: Qadağandır, amma Bakıda almaq olur - VİDEO
Hazırda oxunan: Qadağandır, amma Bakıda almaq olur - VİDEO
74762
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.