Goranboyda üç nəfər çiyələkdən zəhərlənib? - AQTA açıqlama yaydı

Hazırda oxunan: Goranboyda üç nəfər çiyələkdən zəhərlənib? - AQTA açıqlama yaydı

74677

Goranboyda üç nəfərin çiyələkdən zəhərlənməsi ilə bağlı bəzi xəbər saytlarında yayılmış məlumatlarda göstərilən qida zəhərlənməsi faktı təsdiqini tapmayıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Qeyd olunub ki, xəstəxanaya müraciət edən şəxslərə həkim tərəfindən alimentar dispepsiya (düzgün qidalanmamaq nəticəsində yaranan mədə pozuntusu) diaqnozu qoyulub və həmin şəxslərin vəziyyəti qənaətbəxş olduğu üçün qısa müddət ərzində evə buraxılıblar: 

"Bu fakt bir daha onu göstərir ki, hələ də bəzi saytlar heç bir ekspertiza rəyi və tibbi diaqnoz olmadan bu kimi əsassız xəbərləri yayır və insanlar arasında yersiz təşvişin yaranmasına şərait yaradırlar. AQTA bir daha bildirir ki, zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin