“Avropa Yayım Birliyi bizimlə oyun oynadı” - Azərbaycanlı jüri Bəhruz Vaqifoğlundan AÇIQLAMA 

Hazırda oxunan: “Avropa Yayım Birliyi bizimlə oyun oynadı” - Azərbaycanlı jüri Bəhruz Vaqifoğlundan AÇIQLAMA 

74642

“Avropa Yayım Birliyi münsiflər heyyətinin Azərbaycandan olan üzvü kimi Ukraynaya verdiyim 12 xalı yox edib, əvəzində cəfəngiyyat yayımladı”.

Bu sözləri Bizim.Media-ya verdiyi açıqlamada "Avroviziya" mahnı müsabiqəsinin Azərbaycandan olan münsiflər heyyətinin üzvü Bəhruz Vaqifoğlu söyləyib.

“Özlərindən bizim yerimizə səs vermələri həm ölkəmizə həm də bizə qarşı doğru münasibət deyil. Münsiflər heyyəti olaraq hər birimiz 12 balımızı Ukraynaya verdik. Amma Avropa Yayım Birliyi bütün Azərbaycanlılar kimi, bizə də şok yaşatdı. Gecə saat 4-ün yarısına kimi İTV-də oturub müsabiqəyə canlı bağlantını gözlədik. Hətta aparıcı da efirə qoşulmayacağından xəbərsiz idi. Nəticədə bizə evə gedə biləcəyimizi söyləyərək, evə göndərdilər. Onlar bizimlə oyun oynadılar”.

Avropa Yayım Birliyinin Azərbaycanın yarımfinal və finalda verdiyi səslərin üst-üstə düşməməyi ilə yaydığı açıqlamaya gəlincə isə Vaqifoğlu bunu boş cəfəngiyat adlandırıb:

“Yarışma canlı olaraq mərhələli şəkildə aparılır. Məsələn Hollandiyanın yarımfinaldakı çıxışını çox bəyəndim, finalda isə sanki biraz sönük ifa edirdilər. Əgər yarımfinal və finalda bütün ölkələrə eyni balı verəcəyiksə, onda niyə yarışma mərhələli və canlı ifa əsasında keçirilir?

Bu sadəcə Avropa Yayım Şurasının özünə haqq qazandırmaq üçün yayımladığı boş və əsassız cəfəngiyyatdır”

Avropa Yayım Birliyinə etiraz göndərməsi ilə bağlı isə Bəhruz Vaqifoğlu söyləyib ki, əgər etiraz nəzərə alınacaqsa, ora etiraz göndərməyə hazırdır:

“Məncə, İTV həm öz, həm də bizim adımızdan etirazını göndərib”

Ukraynanın yarışmada birincilik qazanmasına gəlincə isə Vaqifoğlu onların qalibiyyətinə sevindiyini və buna layiq olduğunu söyləyib:

“İfa, performans və geyim də daxil olmaqla Ukraynanın çıxışı birinciliyə layiq idi və hamısı bir-birini tamamlayırdı.
Digər bir məsələ isə müharibə olmasına baxmayaraq onların cəsarətli şəkildə səhnəyə çıxıb öz ifalarını mükəmməl şəkildə göstərmələridir. Onlar birinciliyə layiqdirlrə”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin