Azərbaycanda hakim ştatının sayı ARTIRILDI 

Hazırda oxunan: Azərbaycanda hakim ştatının sayı ARTIRILDI 

74586

Yyüksək iş yükünün azaldılması, işlərə daha tez və keyfiyyətlə baxılması məqsədilə Azərbaycanda hakim ştatlarının sayı 200 vahid artırılıb.

Bu barədə Bizim.Media-ya Hakimlərin Seçki Komitəsindən bildirilib. Bununla əlaqədar hakimliyə namizədlərin seçimi prosesi fasiləsiz aparılmaqla sənədlərin qəbulu davamlı xarakter alıb, 900-dən çox namizədlə müsabiqələr keçirilib.

44 nəfər dövlət başçısının sərəncamı ilə ötən il müxtəlif hakim vəzifələrinə təyin edilib, hazırda 140 nəfər müsabiqənin müxtəlif, o cümlədən yekun müsahibə mərhələsindədir.

Eyni zamanda 200-dən çox hüquqşünas test imtahanında iştirak etmək üçün sənədlərini təqdim ediblər.

Qeyd olunub ki, həmin namizədlərlə test imtahanı cari ilin iyun ayının 8-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək.

Namizədlərə xatırladılır ki, test imtahanı DİM tərəfindən qanunvericiliyə uyğun olaraq ödənişli keçirilir. İmtahana görə ödənişin aparılması və “İmtahana buraxılış vərəqəsi”nin əldə olunması DİM tərəfindən may ayının 25-dən etibarən dim.gov.az saytı vasitəsilə həyata keçiriləcək..
Müsabiqə ilə bağlı “Yaddaş Kitabçası” isə Məhkəmə-Hüquq Şurasının jlc.gov.az saytından əldə edilə bilər.

Xatırladaq ki, ölkə Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanı ilə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə zəruri tapşırıqlar verilib. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin