“Bax, mərəkə burada başlayacaq...”x9d

Hazırda oxunan: “Bax, mərəkə burada başlayacaq...”x9d

74546
Moderator.az xəbər verir ki, tanınmış hüquqşünas Aslan İsmayılov cəmiyyətin diqqətini son vaxtlar bankların yaşadığı sıxıntıya görə kreditlərin alınmasında çətinliklər yaşayan tələbələrin probleminə yönəldib:

"Bu günlərdə Bakı Dövlət Universitetində təhsil alan qohumum mənə yaxınlaşıb təhsil haqqının ödənməsi ilə bağlı problemi olduğunu söylədi. Bildirdi ki, hər il banklardan kredit götürüb təhsil haqqını ödəyirdilər. Bu il isə bir neçə banka müraciət etsələr də manatla kredit verən olmayıb. Bildiyimə görə bu cür maddi sıxıntı yaşayan minlərlə tələbə var. Onlar təhsil haqqını ödəməsələr imtahanlara buraxılmayacaqlar. Bax, mərəkə burada başlayacaq. İllərlə əziyyət çəkib, yüksək bal toplayıb universitetlərə qəbul olan gənclərin ödəmə səbəbindən universitetlərdən xaric olunması faciədir. Görəsən, balaları milyonları yeyib-içməyə xərcləyən bəzi hakimiyyət təmsilçiləri bu barədə düşünürmü və tədbir görmək istəyirlərmi? Yoxsa Hadı Rəcəbli kimi tələbələrə də tikintidə işləməyi məsləhət görəcəklər?!"
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin