“I Qarabağ müharibəsindən sonra 3890 itkin düşmüş şəxsimiz var. 872 nəfər ermənilər tərəfindən əsir və girov götürülüb”.
Bizim.Media-nın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Əsir və itkin düşmüş, girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.
MÖVZU İLƏ BAĞLI:
Döyüş bölgəsindən 334 hərbçimizin cəsədi çıxarılıb - İşçi Qrupunun rəhbəri
O bildirib ki, məsələylə bağlı Azərbaycan dəfələrlə beynəlxalq təşkilatlar vasitəsilə Ermənistana müraciət edib:
“Lakin Ermənistan tərəfi I Qarabağ müharibəsindən əsir və girovun saxlanıldığını təsdiq etmir”,-deyə o vurğulayıb.
Bizim.Media