Daun sindromlu uşaqlara dəstək məqsədilə veloyürüş - FOTO

Hazırda oxunan: Daun sindromlu uşaqlara dəstək məqsədilə veloyürüş - FOTO

74398

Mayın 14-də Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə daun sindromlu uşaqlara dəstək məqsədilə veloyürüş keçirilib.

Federasiyadan Bizim.Media-ya bildirilib ki, Azneft meydanından startı verilən veloyürüşdə Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, daun sindromlu uşaqlara dəstək məqsədilə "Bike Up&Down" layihəsini yaradaraq dünyanın bir çox ölkələrinə velosipedlə səfər edən fransalı cütlük Devi və Emilie Sançis, paravelosipedçilər və həvəskar idmançılar iştirak ediblər.

Veloyürüş iştirakçıları Dənizkənarı Bulvarla hərəkət edərək Hərbi Qənimətlər Parkının qarşısında yürüşü başa vurublar.

Tədbir başa çatdıqdan sonra yürüş iştirakçıları xatirə fotosu çəkdiriblər.

Qeyd edək ki, Devi və Emilie Sançis 2022-ci il aprelin 29-da Gürcüstandan Azərbaycana keçib və mayın 7-də Bakıya çatıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin