Naxçıvanda şəhid ailələrinə verilən evlərin SAYI

Hazırda oxunan: Naxçıvanda şəhid ailələrinə verilən evlərin SAYI

74374

Ötən il 28 şəhid ailəsi mənzillə, müvafiq kateqoriyadan olan 28 nəfər avtomobillərlə təmin olunub, cari ildə isə daha 20 ailəyə mənzil və avtomobillər təqdim edilib.

Bizim.Media xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev deyib.

Onun sözlərinə görə, postmüharibə dövründə, ümumilikdə 126 şəhidin 251 ailə üzvünə vəsiqələr verilib, 279 şəhid ailəsi üzvünə Prezident təqaüdü, 39 uşaq üçün sosial müavinət, 3 nəfərə Vətən Müharibəsi Qəhrəmanı üçün Prezident təqaüdü təyin edilib.

Həmçinin, bu müddət ərzində ailə üzvlərində müharibə iştirakçısı üzvü olan 78 ailə özünüməşğulluq proqramına cəlb edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin