Çağrı mərkəzləri işləməyəcək - VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ

Hazırda oxunan: Çağrı mərkəzləri işləməyəcək - VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ

74369

"155" çağrı mərkəzinin, o cümlədən "109" məlumat xidmətinin işini təkmilləşdirmək və xidmət keyfiyyətini artırmaq məqsədilə may ayının 14-dən 15-nə keçən gecə saat 01:00-dan 08:00-dək texniki-profilaktik işlər həyata keçiriləcək.

"Baktelecom"dan Bizim.Media-ya verilən məlumata görə, bu müddət ərzində müraciətlərin qəbulu sayt və sosial şəbəkələr üzərindən mümkün olacaq.

"Aztelekom"dan isə bildirilib ki, profilaktik işlər qeyd edilən vaxtda müəssisəyə aid "170" Çağrı mərkəzi üzrə də aparılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin