Keçmiş güləşçinin qeyri-adi bacarığı - VİDEO

Hazırda oxunan: Keçmiş güləşçinin qeyri-adi bacarığı - VİDEO

74317
Qazax rayon sakini özünün qeyri-adi bacarığı ilə çoxlarının diqqətini çəkir. 


Moderator.az -ın Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, 62 yaşlı Rza Məmmədov nəinki dəmiri, hətta, şüşə, plastik və digər əşyaları da asanlıqla bədəninə yapışdıra bilir.

Onu rayonda “maqnit adam”x9d kimi tanıyırlar. Çünki bədəninə asanlıqla çəngəl, bıçaq, qaşıq və digər əşyaları yapışdıra bilir. Keçmiş güləşçi Rza Məmmədov bu bacarığı özündə 12 il əvvəl aşkar edib. Maraqlısı isə odur ki, onun bədəninə metaldan başqa polietilen, şüşə və digər materiallar da asanlıqla yapışır. İlk dəfə ağırlığı az olan kiçik ölçülü əşyaları kürək və sinə nahiyəsinə yapışdıran Qazax sakini sonradan bu materialların həcmini və çəkisini artırıb.

Rza Məmmədov bədəninə əşyaları yapışdırdıqdan sonra özündə yorğunluq hiss edir ki, buna da səbəb onun enerji itirməsidir. 3 övlad atası olan “maqnit adam”x9dın ailə üzvlərinin hamısında eyni bacarıq var. Rza Məmmədov deyir ki, indi onun bircə arzusu var: - o da adını Ginnesin Rekordlar Kitabına yazdırmaq...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin