Hər il böyük həyəcanla keçirilən və müxtəlif ölkələrin də iştirak etdiyi Beynəlxalq mahnı müsabiqəsi “Avroviziya-2022” bu il İtaliyanın paytaxtı Turin şəhərində keçirilir. Azərbaycanı bu müsabiqədə təmsil edən Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə yarımfinalda ilk 10-luğa daxil olaraq sabahkı finalda mübarizə aparacaq.
MÖVZU İLƏ BAĞLI:
Nadir Rüstəmli “Avroviziya” finalında neçənci çıxış edəcək? - VİDEO
2012-ci ildə Azərbaycanın da qalib olduğu və ev sahibliyi etdiyi bu yarışmaya son illərdə ölkəmizdə maraq xeyli azalıb. Əvvəlki illərdə böyükdən-kiçiyə hər kəs müsabiqənin başlayacağı günü səbirsizliklə gözləyib, həyəcanla izləyirdisə, indiki durum tam əksini deyir.
Bizim.Media builki müsabiqə ilə bağlı Bakı sakinləri arasında video sorğu aparıb. Diqqətinizə təqdim edirik:
Səkinə Yusibli, Rəşad Orucoğlu, Bizim.Media