Orxan Fikrətoğlu təyinatı ilə bağlı sildiyi “bozbaşxana” statusuna AYDINLIQ GƏTİRDİ – ÖZƏL

Hazırda oxunan: Orxan Fikrətoğlu təyinatı ilə bağlı sildiyi “bozbaşxana” statusuna AYDINLIQ GƏTİRDİ – ÖZƏL

74160

Aparıcı, Əməkdar incəsənət xadimi​ Orxan Fikrətoğlunun Milli Kulinariya Mərkəzinin baş direktoru vəzifəsinə təyinatı sosial şəbəkələrdə müzakirəyə çevrilib. 

O, yeni təyinatı ilə bağlı "Facebook" hesabında paylaşım edərək bu təyinatdan narahat olanlara cavab vermişdi. Daha sonra bəlli olmayan səbəblərdən həmin paylaşımı silib. 

Sildiyi statusu ilə bağlı Bizim.Media-ya açıqlama verən O.Fikrətoğlu məsələyə belə aydınlıq gətirib:
 

MÖVZU İLƏ BAĞLI:

Orxan Fikrətoğlu yüksək VƏZİFƏYƏ TƏYİN EDİLDİ


“Dövlət Turizm Agentliyi ayın 18-də tədbir keçirəcək və bütün suallara rəsmi olaraq açıqlama veriləcək. Bu haqda fikir bildirməyə ixtiyarım yoxdur. Həm də özüm istəmirəm. Sosial şəbəkələrdə vəzifəyə təyin olunmağımla bağlı səhv fikirlər yazırlar”, - deyə aparıcı sildiyi statusa cavab verməkdən yayınıb.

Qeyd edək ki, O.Fikrətoğlu təyinatı ilə bağlı sosial şəbəkə hesabında belə bir paylaşım etmişdi:

“Azərbaycanın bir çox sahələrində intibaha ehtiyac var. Milli kulinariyanın dijital formatda yeni TV varinatda təqdimatı bütün dünyaya çıxarılacaq. Bu sahənin təhsil mexanizmi nəhayət ki, qurulacaq. İctimai nəzarət mexanizmləri, şəffaflıq təmin ediləcək. Kulinariya bir çoxlarının fikrində deyəsən bozbaşxana kimi şəkillənib. Mən Dövlət Turizm Agentliyinə bu stereotipi dağıtmaqda Tahir Əmiraslanov və digərləri ilə birlikdə kömək edirəm. 

Sakit olun. Mən yemək bişirməyəcəm. Əlbəttə ki, kulinariya mənim sahəm deyil. Amma bir vaxtlar kino və TV də mənim sahəm deyildi. Sonralar oldu… 

Bacarırsızsa, bu sahədə bizə kömək edin. Bacarmırsızsa, kasada qurd axtarmayın. İcazə verin bütün sahələri salavatlayaq...”

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin