Azərbaycan və Türkiyə birgə təlimlər keçirəcək

Hazırda oxunan: Azərbaycan və Türkiyə birgə təlimlər keçirəcək

74157

Azərbaycan və Türkiyə meşə yanğınları sahəsində birgə təlimlər keçirəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Veysəl Tiryakinin görüşündə razılıq əldə olunub. 

Təlimlər yaxında zamanlarda Türkiyədə keçiriləcək. 

Bundan başqa, nazir müavinləri Azərbaycan və Türkiyə arasında meşələrin yanğından mühafizəsi və yanğınların söndürülməsi sahəsində əməkdaşlıq protokolunun detallarını müzakirə ediblər.

Bildirilib ki, Azərbaycan meşə yanğınlarında istifadə etmək üçün Türkiyəyə təyyarə və helikopterlər verəcək. 
Qeyd edək ki, E.Mirzəyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin İstanbul şəhərində səfərdədir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin